DYP rəisinin qardaşı oğlunun öldüyü qəzanın baş vermə anı (VİDEO)
3 Avqust 2019 19:19 SosialXəbər verdiyimiz kimi, ötən gün Sabunçu rayonu Rüstəmov küçəsi 86 ünvanında avtobusla minik avtomobili toqquşub. Qəza nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Qəzada ölən şəxs 26 yaşlı Əli Əmən oğlu Abbasovdur. O, Xəzər rayon Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis polkovnik-leytenantı Sadiq Abbasovun qardaşı oğludur.
Olaylar.az APA-ya istinadən yol-nəqliyyat hadisəsinin görüntülərini təqdim edir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31