Bakıda azyaşlı uşaqla qadın dənizdə boğuldu - Biri öldü

Türkan qəsəbəsi ərazisində suda boğulma hadisəsi baş verib.  

Olaylar.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təcili tibbi yardıma çağırış saat 15:26-da daxil olub, məlumatda iki nəfərin suda boğulması bildirilib. Həkimlər hadisə yerinə gəldikdə suda boğulanların 5 yaşlı oğlan və 30 yaşlı qadın olması müəyyən olub. 

Səhiyyə Nazirliyindən qafqazinfo-ya verilən məlumata görə, qadın dünyasını dəyişib, uşağı həkimlərin səyi nəticəsində həyata qaytarmaq mümkün olub. Ağır vəziyyətdə olan uşaq 26 saylı BŞX-ya çatdırılıb. 

Təcili yardımdan verilən məlumata görə, lazımi yardımdan sonra uşağın 3 saylı xəstəxanaya keçirilməsi planlaşdırılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31