ŞAD XƏBƏR: Bu şəxslərin maaşları 20% qalxdı
3 Avqust 2019 19:53 SosialSOCAR və qurumun tabeliyində işləyən bütün işçilərin maaşları qaldırılıb.
Mia.az xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayev avqustun 2-də əmr imzalayıb.
Əmrə əsasən, sentyabr ayının 1-dən SOCAR-ın aparat və tabeliyindəki bütün qurumlarda çalışanların aylıq vəzifə maaşı 20 faiz qaldırılacaq.
Əmrin icrası SOCAR-ın vitse-prezident Süleyman Qasımova tapşırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31