"Şərurlu İsfəndiyar"ın oğlu 400 minlik avtomobilini kanala saldı - FOTO /VİDEO

"Bentley Continental" markalı avtomobil su kanalına düşüb

Azərbaycanda "Bentley Continental" markalı avtomobil su kanalına düşüb.  baku.ws  xəbər verir ki, hadisənin detalları məlum olmasa da, görüntülərdə sürücü və digər şəxsin avtomobili su kanalından çıxarmaq üçün cəhd göstərdikləri öz əskini tapıb. Hadisə yeni baş verdiyindən ərazidə FHN əməkdaşları və DYP nümayəndələri gözə dəymir. 

10 VO 200 dövlət nömrə nişanlı "Bentley Continental" avtomobili "Şərurlu İsfəndiyar" kimi tanınan tikinti maqnatı,  "Şərur" MTK-nın sədri İsfəndiyar Axundovun oğluna məxsusdur.

Qeyd edək ki, "Bentley Continental" avtomobilinin son modelinin qiyməti 430 min AZN dəyərindədir.

 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31