Sosial
Yaz mövsümü başlayandan 174 mindən çox ağac əkilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaz ağac əkini davam edir.
ƏƏSMN-in bütün struktur bölmələrində vətəndaşların qəbulu məhdudlaşdırılıb
ƏƏSMN-in bütün struktur bölmələrində vətəndaşların qəbulu məhdudlaşdırılıb
Nəsimi rayonunda koronavirusa qarşı dezinfeksiya işləri davam etdirilir
Dünyanın bir sıra ölkələrində yayılan koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə respublikamızın hər bir yerində olduğu kimi Nəsimi rayonunda da bu virusa qarşı qabaqlayıcı profilaktik tədbir olaraq dezinfeksiya işləri davam etdirilir.
Uşaqları koronavirusdan necə qorumaq olar?
Artıq dünyanı lərzəyə salan koronavirus Azərbaycana da yayılıb. Rəsmi məlumatlara görə, artıq 25 nəfər bu virusa yoluxub. Azərbaycan dövləti virusun daha geniş şəkildə yayılmasının qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə edir. Tibb mütəxəssislərinin bildirdiyinə görə, koronavirus daha çox immuniteti zəif olan insanları tutur. Nəzərə alsaq ki, uşaqların da immuniteti əksər hallarda zəif olur, o halda uşaqları koronavirusdan necə qorunmaq sualı günümüz üçün aktual olaraq qalır. Bu mənada Azərbaycan Hökumətinin, xüsusilə Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusa qarşı mübarizə məqsədilə keçirdiyi tədbirlər çərçivəsində bütün təhsil müəssisələrində tədrisi dayandırması vaxtında və düzgün olaraq atılmış addım idi. Ancaq bütün halda valideynlər də gərək övladlarını bu təhlükədən uzaq tutmağı bacarsınlar.
Ünvanlı yardım üçün müraciət edən ailənin kommunal və rabitə xərcləri üçün limit artırılacaq
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ünvanlı dövlət sosial yardımı proqramının əhatə dairəsinin genişləndirilməsi üçün cari ildə də müvafiq işlər aparılacaq. Proqramın genişləndirilməsi üçün vacib məsələlərdən biri sosial yardım sisteminin aztəminatlı ailələrə əlçatanlığının artırılmasıdır. Əmək və Əhalinin Sosial Müdadfiəsi Nazirliyindən “Olaylar”a bildirilib ki, bu məqsədlə “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda və sosial yardımın alınması üçün müraciət edilməsi, təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi ilə bağlı Qaydalarda dəyişikliklər layihələri hazırlanıb.
“ASAN bot” tətbiqi istifadəyə verilib
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi dövlət xidmətləri haqqında məlumatların vətəndaşlara daha rahat şəkildə ötürülməsi məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən hazırlanmış “ASAN bot” sistemi istifadəyə verilib. “ASAN bot” bir süni intellekt məhsulu olan çatbotdur. İlkin olaraq pilot versiyada istifadəyə verilmiş “ASAN bot”un Beta versiyası vətəndaşların “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində göstərilən xidmətlər ilə bağlı, həmçinin bir sıra digər layihələr ilə əlaqədar sualları cavablandırmağa xidmət edəcək. Belə ki, “ASAN bot” vasitəsilə vətəndaşlar artıq istədikləri vaxt, 24\7 rejimində və istənilən yerdən dövlət xidmətləri barədə suallarına operativ şəkildə cavab əldə edə biləcəklər.
ÜST-dən ƏHALİYƏ ÇAĞIRIŞ: Evdə qal, həyatları xilas et!
Mehriban Əliyeva koronavirusla bağlı xalqa müraciət etdi
GDU-nun dekan müavinin ibtidai istintağı başa çatıb
Borca görə axtarışda olan 25 nəfər saxlanılıb
Borca görə axtarışda olan 25 nəfər saxlanılıb













-1584285379642.jpg)
