Bu obyektlərin fəaliyyəti tam dayandırıldı

29 mart saat 00:00-dan etibarən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində müştərilərə yerində xidmət tam dayandırılır.

Çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

Həmçinin bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılir və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31