DİN: Sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini adından yayılan sənəd saxtadır
27 Mart 2020 21:32 SosialSosial şəbəkələrdə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Teymur Hacıyevin adından yayılan sənəd saxtadır.
Bunu Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib.
O qeyd edib ki, hazırda daxili işlər orqanları xüsusi rejimli karantin rejiminin tələblərindən irəli gələn məsələləri icra etməkdədir: "Sosial şəbəkələrdə yayılan bu məlumat yalandır. Vətəndaşları rəsmi olmayan məlumatlara inanmamağa çağırıram".
Qeyd edək ki, sosial şəbəkələrdə BŞBPİ-nin rəis müavini Teymur Hacıyevin adından yayılan sənəddə sabah saat 06:00-dan etibarən şəxsi avtomobillərin hərəkətinə və insanların küçəyə çıxmasına qadağa qoyulduğu yazılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31