Azərbaycanda karantin rejimi gücləndirildi: əhalinin bu ərazilərə girişi QADAĞAN EDİLDİ
27 Mart 2020 21:29 SosialKoronavirusla bağlı əlavə tədbirlər haqqında Nazirlər Kabineti yanında Operativ Qərargah yeni qərarlar qəbul edib.
Qərargah xəbər verir ki, qərara əsasən ölkədə 29 mart saat 00:00-dan etibarən Xüsusi karantin rejimi gücləndiriləcək. Belə ki, qərarda qeyd edilib ki:
Ticarət obyektləri üzrə Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.
İctimai iaşə obyektləri üzrə: Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.
Əhalinin hərəkəti üzrə: Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılsın.