Sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı 20 aprelədək uzadılır
27 Mart 2020 21:23 SosialNazirlər Kabineti yanında operativ qərargahın yaydığı məlumata əsasən, koronavirus infeksiyasının ölkədə yayılması, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkədaxili sərnişin qatarlarının hərəkətinə qoyulan məhdudiyyətin vaxtı 20 aprelədək uzadılır. "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-dən daxil olan məlumata görə, bu qərara əsasən, Bakı-Tbilisi- Bakı (Böyük Kəsiyə kimi), Bakı-Böyük Kəsik-Bakı, Bakı-Köçərli-Balakən-Bakı, Bakı-Astara-Horadiz-Bakı və Bakı-Gəncə-Bakı sərnişin qatarları 21 aprelədək hərəkətdə olmayacaq.
Sərnişin tələbatını nəzərə alaraq, Bakı-Sumqayıt-Bakı dairəvi elektrik qatarlarının hərəkət cədvəlinə edilən dəyişiklik də aprelin 6-dək qüvvədə olacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31