Sosial
Parlamentdə əcnəbi jurnalistlərə Qarabağdakı haqq işi barədə məlumat verildi
Bu gün Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov Milli Məclisdə brifinq keçirib. “Olaylar”xəbər verir ki, brifinqdə əks-hücum əməliyyatında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası və bu prosesdə diqqət cəlb edən bir sıra məsələlərdən danışılıb. Brifinqdə eyni zamanda, əks-hücum əməliyyatının beynəlxalq hüquq çərçivəsində həyata keçirilməsi, qadağan olunmuş silahların Ermənistan tərəfindən tətbiqi, muzdluların guya Azərbaycan tərəfindən vuruşması iddiaları və bu iddialara cavab verilməsi kimi məsələlərdən söz açılıb.
Məktəblərdə şagirdlərin təhlükəsiz təhsil alması necə təmin edilir? - FOTO
Artıq bir neçə aydır ki, dünya ilə birlikdə bir savaş veririk. Amma kiminlə savaşdığını bilmədən savaşırıq bu bəla ilə. Bildiyimiz, sadəcə onun ətrafımızda olduğu, bədənimizə daxil olmaq üçün fürsət gözlədiyi, əlinə keçən hər şansı düzgün dəyərləndirdiyidir.
Azərbaycan-Qazaxıstan İşçi qruplarının ikinci iclası keçirilib
Azərbaycan və Qazaxıstanın energetika nazirlərinin müavinləri - Samir Vəliyev və Aset Maqauovun həmsədrliyi ilə “Qazaxıstanın neft və neft məhsullarının Azərbaycan üzərindən tranziti” və “Qazaxıstan mənşəli mayeləşdirilmiş təbii qazın Xəzər dənizi vasitəsilə Azərbaycana çatdırılması və nəqli” üzrə İşçi qruplarının videokonfrans formatında ikinci iclası keçirilib.
Ombudsman “Amnesty International” təşkilatına açıq məktub ünvanlayıb
Məlum olduğu kimi oktyabrın 5-də “Amnesty International” təşkilatı öz rəsmi internet səhifəsində qərəzli, birtərəfli faktlara söykənən və bu cür həssas bir dönəmdə Azərbaycan dövlətinə qarşı bilavasitə diskriminativ xarakterli və ikili standartlara əsaslanan bəyanat yayıb.
“Mail.ru” e-poçt xidmətinin azərbaycanlı istifadəçilərinə qarşı “fişinq” hücumlar olunur
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən “Mail.ru” elektron poçt xidmətinin azərbaycanlı istifadəçilərinə qarşı kütləvi “fişinq” kampaniyalarının həyata keçirildiyini qeydə alıb. Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar göstərir ki, bu “fişinq” hücumlarının məqsədi həm dezinformasiya yaymaqla əhali arasında qorxu və təşviş yaratmaq, həm də istifadəçilərin cihazlarını zərərverici ilə yoluxdurmaqdır.
İtaliyadakı azərbaycanlı tələbələrdən ordumuza dəstək - VİDEO
İtaliyanın Milan şəhərində təhsil alan azərbaycanlı tələbələr ordumuza dəstək veriblər.
Ermənistanda koronavirusa yoluxanların sayı 55 mini keçib
Ermənistanda koronavirusa yoluxanların sayı 55 087 nəfərə çatıb
Bakı Ali Neft Məktəbi Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürüb
Bakı Ali Neft Məktəbi (BANM) ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Ordusuna dəstəyi mənəvi və vətəndaşlıq borcu hesab edərək əmək haqları hesabına Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsait köçürüb.
“Məktəb avtobusu” pilot layihəsinə start verilir
“Olaylar” Təhsil Nazirliyi həftəsonları ictimai nəqliyyatın fəaliyyət göstərmədiyini nəzərə alaraq müvafiq qurumlarla birgə məktəblərdə əyani tədrisə dəstək üçün yeni layihəyə start verir.
Hər gün 1,5 milyon test edilir - Hindistanda
“Olaylar” Hindistan koronavirusla mübarizədə hökumət səviyyəsində və korporativ səviyyədə sürətli şəkildə tədbirlər görən ölkələrdən biri idi. Çin 7 yanvar tarixində Vuhan virusuna dair dünyaya məlumat verdi. Hindistan 8 yanvar tarixində missiya iclası keçirdi və 17 yanvar tarixindən etibarən dünya ölkələri arasında sərnişinləri yoxlamağa başlayan ilkin ölkələrdən biri oldu.
İtalyan tədqiqatçı: Dağlıq Qarabağ münaqişəsinin din ilə heç bir əlaqəsi yoxdur
Nüfuzlu Euractiv media şəbəkəsinin italyan versiyası olan Euractive.it portalında Romanın “La Sapienza” universitetinin dosenti Daniel Pommier Vinçellinin müəllifi olduğu “Dağlıq Qarabağ münaqişəsi: tarix və din ilə heç bir əlaqəsi yoxdur” başlıqlı məqalə dərc olunub. Məqalədə müəllif Ermənistan tərəfindən qəsdən və məqsədli şəkildə iddia olunduğu kimi münaqişənin dini mahiyyət daşımadığını və din ilə heç bir əlaqəsinin olmadığını izah edir.
«Biz birlikdə güclüyük» adlı birpərdəli pyes müsabiqəsinin nəticəsi elan olundu
Koronavirus” pandemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə iyun ayında Gənc Tamaşaçılar Teatrının təşəbbüsü ilə Səbail Rayonu İcra hakimiyyəti, Azərbaycan UNESCO Klubları Assosiasiyası, ASAN Könüllüləri Təşkilatı, “ASAN radio”, “Azərbaycan” dərgisinin birgə təşkilatçılığı ilə «Biz birlikdə güclüyük» adlı birpərdəli pyes müsabiqəsi elan edilimişdi.
Gənc Tamaşaçılar Teatrı Silahlı Qüvvələrə Yardım Fonduna ianə etdi
Gənc Tamaşaçılar Teatrının kollektivi işğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi uğrunda şücaətlə döyüşən rəşadətli Ordumuza dəstək məqsədi ilə Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib.
Doqquz ayda Energetika Nazirliyi tərəfindən 165 İcazə Verilib
2020-ci ilin üçüncü rübü ərzində Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 46 icazə verilib. Bunlardan 44-ü ixrac nəzarətinə düşən malların idxalı, 2-i isə tranziti ilə bağlı olub. Hesabat dövründə 37 icazənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.
İşğaldan azad edilən Cəbrayıl rayonunun görüntüləri yayılıb- VİDEO
Azərbaycanın Müdafiə Nazirliyi işğaldan azad edilən Cəbrayıl rayonundan video paylaşıb.














