Ermənistanda koronavirusa yoluxanların sayı 55 mini keçib
Ermənistanda koronavirusa yoluxanların sayı 55 087 nəfərə çatıb
9 Oktyabr 2020 11:13 SosialErmənistanda koronavirusa yoluxanların sayı 55 087 nəfərə çatıb.
Olaylar.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 614 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bundan başqa, daha 6 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 1 010 nəfər koronavirusdan ölüb, 8 246 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31