Sosial

Bakı metropolitenində təhlükəsizlik gücləndirildi - FOTO

15 Oktyabr 2020 14:01

Ölkə ərazisində hərbi vəziyyət elan edilməsi ilə əlaqədar qanunda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsindən irəli gələn tapşırıqların icrasının təmin olunması, habelə yeni növ koronavirus (“COVID-19”) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Bakı metropolitenində gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Oğuz-Şəki avtomobil yolu yenidən qurulur

15 Oktyabr 2020 13:42

 Vətəndaşların mənzil başına daha rahat və təhlükəsiz şəkildə çatmasını təmin etmək istiqamətində ölkə başçısının tapşırıq və sərəncamlarına əsasən respublikanın dörd bir tərəfində yol infrastrukturunun yenilənməsi və müasirləşməsi prosesi gedir. “OLAYLAR” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət  Agentliyi tərəfindən bu prosesin icrası nəticəsində son 5 ildə 6 min km-də çox yol yenidən qurulub və təmir edilib. Yenidən qurulub təmir edilən yolların təqribən 1500 km-i respublika əhəmiyyətli avtomobil yollarıdır.

Ermənistanın müharibə cinayətləri Avropa mətbuatında

15 Oktyabr 2020 13:40

 Milli Məclisin deputatı Könül Nurullayevanın Avropanın “Parliament magazine” portalında “Ermənistan humanitar atəşkəs dövründə mülki insanları hədəfə alır” başlıqlı məqaləsi dərc olunub

AzMİU əməkdaşları Silahlı Qüvvələrin Yardım Fonduna  24 min manat vəsait köçürdü

15 Oktyabr 2020 13:29

 Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə düşməni ağır məğlubiyyətə uğradaraq layiqli zəfər qazanmaqda davam edən ordumuza dəstək olub. “OLAYLAR”-a təhsil ocağından bildirilib ki, cəmiyyətimizdə mövcud olan milli həmrəylikdən və ordumuzun cəhbəboyu apardığı uğurlu əməliyyatlarından ruhlanaraq könüllü olaraq Silahlı Qüvvələrin Yardım Fonduna 24 min manat məbləğində pul vəsaiti köçürüb

“Bu il universitetə hazırlaşırdım, Onların xəyallarını reallaşdıracağam”

15 Oktyabr 2020 13:20

"Hürriyət" qəzeti oktyabrın 11-nə keçən gecə Ermənistan ərazisindən Gəncənin raket atəşinə tutulması nəticəsində hər iki valideynini itirən 16 yaşlı Sevil və 9 yaşlı qardaşı Hüseynlə görüşərək həmin qorxulu gecəni onların dilindən dinləyib.

Sabah hava meteohəssas insanlar üçün əlverişli olacaq

15 Oktyabr 2020 13:01

Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə oktyabrın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

“Beynəlxalq Azərbaycanlı Qadınlar Klubu” cəbhə bölgəsində yaşayan insanlara və şəhid ailələrinə yardım edib

15 Oktyabr 2020 12:55

 İşğalçı Ermənistan ordusunun Azərbaycana qarşı təxribatları, ermənilər tərəfindən mülki insanların və obyektlərin hədəfə alınması xaricdə yaşayan soydaşlarımızda ciddi narahatlıq doğurur.

Hazırki  şəraitində karantin qaydalarına riayət edilməsi Ərazi bütövlüyünün təminatçısı olan hərbçilərimizin sağlamlığının təminatıdır

15 Oktyabr 2020 11:35

Azərbaycan dövləti koronavirus pandemiyası ilə mabarizə sayəsində ardıcıl tədbirləri davam etdirir. Səmərəli maarifləndirmə, müvafiq tibbi infrastrukturun yaradılması, profilaktika və müalicə məsələlərinin keyfiyyətli şəkildə həll olunması, xüsusi karantin rejiminin tətbiqi və mərhələli qaydada məhdudlaşdırıcı və yumşaldıcı tədbirlərin həyata keçirilməsi, vətəndaşların məsuliyyəti, dövlət-vətəndaş həmrəyliyi uğurlu nəticələrin əldə olunmasının başlıca səbəbləridir.

Penitensiar Xidmətin müəssisələrində qəbul keçirilib

15 Oktyabr 2020 10:52

 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində Milli Preventiv Qrupun üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında və 1, 8, 12, 13 saylı cəzaçəkmə müəssisələrində təqsirləndirilən və məhkum olunmuş şəxslərin qəbulu keçirilib

"Dərs vaxtı"nın 15 oktyabr cədvəli

15 Oktyabr 2020 10:19

Olaylar.az "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının oktyabrın 15-i üçün nəzərdə tutulan cədvəlini təqdim edir.

X-XI sinif şagirdləri sanitar-epidemioloji vəziyyətdən asılı olaraq tədrisə cəlb ediləcəklər

15 Oktyabr 2020 10:18

19 oktyabr tarixindən X-XI sinif şagirdləri sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müvafiq şəhər və rayonlarda əyani formada tədrisə cəlb ediləcəklər. Növbəti müddətdə COVİD-19 pandemiyasının yayılması ilə bağlı məlumatlar təhlil olunaraq tədris prosesinin gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək. Olaylar.az bildirir ki, Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində COVİD-19-a yoluxmaların monitorinqi gündəlik olaraq aparılır. Müvafiq qurumların məlumatları əsasında bu günə qədər ölkə üzrə 55 sinif və 30 təhsil müəssisəsi distant tədrisə keçirilib.

Latviya səfirinə Ermənistanın təcavüzkar siyasəti və son günlər törətdiyi təxribatlar barədə məlumat verildi

15 Oktyabr 2020 10:13

Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir Muxtar Babayevlə Latviya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançs arasında görüş keçirilib. Olaylar.az bildirir ki, görüşdə səfir D.Qarançsa Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları və son günlər ölkəmizin iri şəhər və kəndlərini, yaşayış məntəqələrini, mülki obyektləri məqsədyönlü şəkildə ağır artilleriyadan intensiv atəşə tutması nəticəsində dinc əhali arasında həlak olanlar və yaralananlar olduğu barədə məlumat verilib. BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinin hələ də icra olunmadığı, əksinə, işğal olunmuş ərazilərdə cinayətkar və qondarma rejim yaradaraq qanunsuz fəaliyyət göstərdiyi qeyd olunub.

Nazir Macarıstanın ölkəmizdəki səfiri ilə görüşdü

14 Oktyabr 2020 15:43

Oktyabrın 14-də Təhsil naziri Emin Əmrullayev Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Viktor Şederkenyi ilə görüşüb.

Şəkidə polis postları Quruldu

14 Oktyabr 2020 15:39