Sosial

Erməni təcavüzü nəticəsində dağıntılara məruz qalan məktəblər

3 Noyabr 2020 21:00

Təhsil Nazirliyi Ermənistanın təcavüzü nəticəsində dağıntılara məruz qalan məktəblərlə bağlı infoqrafika hazırlayıb. Nazirlikdən Olaylar.az-a bildirilib ki, Ermənistan silahlı qüvvələrinin 27 sentyabr tarixindən başlayaraq ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində 50 ümumtəhsil məktəbinə ciddi ziyan dəyib, tədris binaları yararsız hala düşüb.

74 ümumtəhsil məktəbində qayda pozuntuları aşkarlandı

3 Noyabr 2020 20:00

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin koordinatorluğu ilə 100 dövlət ümumtəhsil məktəbində monitorinq aparılıb. Olaylar.az bildirir ki, monitorinq Təhsil Nazirliyinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrində monitorinqin aparılması barədə” əmrinin tələblərinə uyğun olaraq həyata keçirilib.

Kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlər keçirilir

3 Noyabr 2020 15:11

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) təşkilatçılığı ilə kibertəhlükəsizlik üzrə ödənişsiz təlimlərə start verilir. “OLAYLAR”-a nazirlikdən bildirilib ki, məqsəd ölkədə kibertəhlükəsizlik sahəsi üzrə gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.

Karantin rejiminin tələblərini pozan ictimai iaşə obyektləri aşkarlandı

3 Noyabr 2020 15:08

Ölkəmizdə hərbi vəziyyətin elan olunduğu, eyni zamanda xüsusi karantin rejiminin davam etdiyi bir şəraitdə əhalinin sağlamlığı və təhlükəsizliyinin təmin olunması bizlərdən  müharibə dövrünün şərtlərinə uyğun olaraq xüsusi yanaşma və məsuliyyət tələb edir.

Belçikanın Ham şəhərində terror qurbanlarının xatirəsi yad edilib

3 Noyabr 2020 14:24

Belçikanın Ham şəhərində işğalçı Ermənistan ordusunun Bərdə və Gəncə şəhərlərinə, eləcə də digər yaşayış məntəqələrinə ağır artilleriya silahları ilə hücumu nəticəsində həyatlarını itirən mülki şəxslərin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi yad edilib.

Deputat: “Orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməlidir”

3 Noyabr 2020 14:20

“Artıq bu ilin onuncu ayı COVID-19 pandemiyası ilə qlobal səviyyədə mübarizə aparmaqla başa çatır. Dünyada koronavirus infeksiyasına yoluxanların sayı 45 milyonu ötüb. Lakin hələ də infeksiyanın sürətlə yayılmasının qarşısını tam almaq mümkün olmayıb.

Dövlət Sərhəd Xidməti adada köməksiz qalmış şəxsi xilas edib

3 Noyabr 2020 14:10

02 noyabr 2020-ci il tarixdə Çilov adası istiqamətində “SOCAR”ın “Geo­fizika və Geologiya İdarəsi” tərəfindən seysmik-kəşfiyyat işlərinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinə məxsus üzmə vasitəsinin mühərrikində texniki nasazlıq yaranmış və küləyin təsiri nəticəsində 1 (bir) nəfər heyətlə dənizin dərinliyinə doğru səmtlənmişdir.