Dövlət Sərhəd Xidməti adada köməksiz qalmış şəxsi xilas edib

02 noyabr 2020-ci il tarixdə Çilov adası istiqamətində “SOCAR”ın “Geo­fizika və Geologiya İdarəsi” tərəfindən seysmik-kəşfiyyat işlərinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinə məxsus üzmə vasitəsinin mühərrikində texniki nasazlıq yaranmış və küləyin təsiri nəticəsində 1 (bir) nəfər heyətlə dənizin dərinliyinə doğru səmtlənmişdir.

02 noyabr 2020-ci il tarixdə Çilov adası istiqamətində "SOCAR"ın "Geo­fizika və Geologiya İdarəsi" tərəfindən seysmik-kəşfiyyat işlərinə cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinə məxsus üzmə vasitəsinin mühərrikində texniki nasazlıq yaranmış və küləyin təsiri nəticəsində 1 (bir) nəfər heyətlə dənizin dərinliyinə doğru səmtlənmişdir. Üzmə vasitəsi ilə rabitə əlaqəsinin kəsilməsi səbəbindən onun dəqiq mövqeyini müəyyən etmək mümkün olmamışdır. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Olaylar"a bildirilib ki, üzmə vasitəsinin axtarışına köməklik göstərilməsi barədə daxil olmuş müraciətlə əlaqədar dərhal Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin növbətçi gəmisinə üzmə vasitəsinin axtarışı barədə göstəriş verilmiş və axtarış-xilasetmə tədbirlərinə başlanılmışdır. Sərhəd gözətçi gəmisi tərəfindən qaranlıq hava şəraitində həyata keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində Çilov adasından cənub-qərb istiqamətdə, sahildən 7 mil məsafədə dənizdə estakadaya burazlanmış qayıq aşkar edilərək yedəyə alınmış, qayıqda olan şəxs - 1978-ci il təvəllüdlü Bakı şəhər sakini Balayev Həsən Böyükağa oğlu sərhəd gözətçi gəmisinin bortuna götürülmüş və ona ilkin tibbı yardım göstərilmişdir. Dövlət Sərhəd Xidmətinin dəniz sərhədçiləri tərəfindən xilas edilmiş şəxs "Geofizik-3" elmi-tədqiqat gəmisinə təhvil verilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31