Sosial

Xəbərdarlıq: Vətəndaşlarımıza mesaj vasitəsilə saxta çağırışlar edilir - FOTO

19 Oktyabr 2020 16:44

Ermənistan təxribat xarakterli məlumatlar və dezinformasiya yaymaqda davam edir. Belə ki, bu dəfə saxta xarici nömrələrdən vətəndaşlarımıza mesaj göndərilərək onlara raket hücumu təhlükəsi olduğundan yaşadığı əraziləri tərk etmələri barədə saxta çağırışlar edilir.

“ASAN xidmət” BMT-nin ekspert qrupunun iclasında təmsil olundu

19 Oktyabr 2020 16:21

14-16 oktyabr 2020-ci tarixində BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Təşkilatının (UNCTAD) “Elektron ticarət və rəqəmsal iqtisadiyyat üzrə hökumətlərarası ekspert qrupu”nun 4-cü iclası keçirilib.

Təhsil Nazirliyi xəbərdarlıq etdi

19 Oktyabr 2020 15:48

Şagirdlərin yerdəyişməsi müvəqqəti təxirə salınır. Olaylar.az bildirir ki, “Xüsusi elektron karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər” barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 2 noyabr 2020-ci il tarixinədək bütün təhsil müəssisələrində əlavə tətil günlərinin müəyyən edilməsi nəzərə alınaraq, yerdəyişmə prosesinin həyata keçirilməsi müvəqqəti təxirə salınır.

Bu il 15 uşaq övladlığa götürülüb

19 Oktyabr 2020 14:31

Bu ilin yanvar-sentyabr aylarında ölkəmizdə 15 uşaq (14-ü Azərbaycan vətəndaşı, 1-i əcnəbi tərəfindən) övladlığa götürülüb. Onlardan 5-i qız, 10-u oğlandır.

Gəncə terroruna məruz qalanlar evlə təmin ediləcək

19 Oktyabr 2020 14:26

"Gəncə terroru zamanı evləri dağılmış hər kəsə yeni evlər veriləcək.

Sumqayıtda əlil sahibkarlar üçün təlim keçirilib

19 Oktyabr 2020 13:49

 Əlilliyi olan şəxslərin öz bizneslərini qurması və inkişaf etdirməsinə dəstək tədbirləri çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Sumqayıt KOB İnkişaf Mərkəzində əlilliyi olan sahibkarlar üçün “Vergi və vergi güzəştləri” mövzusunda növbəti təlim keçirilib.

Sabah duman, çiskin olacağı ehtimal olunur

19 Oktyabr 2020 13:31

Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə oktyabrın 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimal olunur. Mülayim şimal-qərb küləyi əsəcək, gün ərzində arabir güclənəcək.

GÇH rəhbərləri təbliğat-təşviqat işlərinə cəlb olunub

19 Oktyabr 2020 12:36

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri könüllülük əsasında təbliğat-təşviqat işlərinə cəlb olunub.

ƏƏSMN-nın e-arayış xidmətlərinin sayı 15-ə çatıb

19 Oktyabr 2020 12:19

Cari ilin doqquz ayı ərzində vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 485 min e-arayış verilib.