Azərbaycan və Türkiyə mütəxəssisləri təhsil və vətənpərvərlik mövzusunu müzakirə edəcəklər
Noyabrın 7-si saat 11:00-da Təhsil Nazirliyinin dəstəyi və T-NETWORK platformasının təşkilatçılığı ilə “Təhsildə vətənpərvərliyin yeri: reallıqlar və təkliflər” adlı onlayn seminar keçiriləcək. Olaylar.az bildirir ki, seminarda Azərbaycan və Türkiyə mütəxəssisləri tərəfindən “Vətənpərvərlik və onun meyarları nələrdir?”, “Necə öyrədirik?”, “Necə öyrətməliyik?” sualları ətrafında müzakirələr aparılacaq.
5 Noyabr 2020 16:27 SosialNoyabrın 7-si saat 11:00-da Təhsil Nazirliyinin dəstəyi və T-NETWORK platformasının təşkilatçılığı ilə "Təhsildə vətənpərvərliyin yeri: reallıqlar və təkliflər" adlı onlayn seminar keçiriləcək.
Olaylar.az bildirir ki, seminarda Azərbaycan və Türkiyə mütəxəssisləri tərəfindən "Vətənpərvərlik və onun meyarları nələrdir?", "Necə öyrədirik?", "Necə öyrətməliyik?" sualları ətrafında müzakirələr aparılacaq.
Seminar Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı yayımlanacaq.