Sosial
Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artdı: 14 ölü
Peşə təhsili üzrə teledərslərin 6 noyabr cədvəli
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 6 noyabr tarixi üçün cədvəlini təqdim edir. Olaylar.az bildirir ki, dərslər saat 18:10-da yayımlanacaq.
Məktəblilərimiz 37-ci Balkan Riyaziyyat Olimpiadasında uğurlu nəticə əldə etdilər
Rumıniyada təşkil olunan 37-ci Balkan Riyaziyyat olimpiadasında iştirak edən məktəblilərimiz uğurlu nəticə göstəriblər. Olaylar.az bildirir ki, 18 ölkədən 108 məktəblinin virtual şəkildə qatıldığı yarışda komandamızın bütün üzvləri qaliblər sırasında yer alıb.
Azərbaycan məhsulları beynəlxalq sərgidə
Noyabrın 5-də Çin Xalq Respublikasının Şanxay şəhərində 3-cü Çin Beynəlxalq İdxal Sərgisi açılacaq. İqtisadiyyat Nazirliyindən “Olaylar”a bildirilib ki, sərgidə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə 20-dən çox Azərbaycan şirkətinin məhsulları - nar şirəsi, fındıq, şərab və digər spirtli içkilər, meyvə distilyatları, mineral sular, un və qənnadı məmulatları, çay, mürəbbə, kompot, limonad, meyvə quruları və s. nümayiş olunacaq. Sərgi çərçivəsində Azərbaycan məhsullarının ixracının artırılmasına dair müzakirələr aparılacaq, potensial müştərilərlə görüşlər keçiriləcək. Sərgi noyabrın 10-dək davam edəcək.
Dövlət Məşğulluq Agentliyi “İctimai işlər portalı”nı hazırlayır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi elektron xidmətlərinin siyahısını genişləndirməkdə davam edir. Nazirlikdən “Olaylar”a bildirilib ki, Agentlik tərəfindən ictimai işlərin təşkili üzrə bütün prosedurları özündə cəmləyən www.works.gov.az portalı hazırlanır. Məqsəd müasir tələblərə uyğun olaraq, müvafiq qurumlarla sürətli kommunikasiya və rəqəmsallaşma sistemi qurulmaqla, ictimai işlərin təşkilində şəffaflığı təmin etməkdir.
Ədliyyə naziri vyetnamlı həmkarına məktub ünvanlayıb
"Virtual məktəb"də birinci sinif üzrə qeydiyyat açıqdır
2020-2021-ci tədris ili üzrə 1-ci sinfə qəbul olunmuş şagirdlərin "Virtual məktəb"də qeydiyyatı artıq mümkündür. Belə ki, şagirdlərin Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində (UTİS) bazaya əlavə olunması üzrə işlər yekunlaşdırılıb. Olaylar.az bildirir ki, qeydiyyat üçün https://virtual.edu.az saytına daxil olub FİN və yaxud ÜTİS kodu vasitəsilə qeydiyyatdan keçmək olar.
İşğaldan azad olunan ərazilərin yenidənqurulma planları hazırlanır
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yaponiyanın Azərbaycanda səfiri Cuniçi Vadan ilə görüşüb. Komitədən “Olaylar”a verilən məlumata görə, Komitə sədri Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasəti və son hərbi təxribatları, beynəlxalq humanitar hüquq çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması və təcavüzə məruz qalmış öz ərazisində apardığı əks-hücum əməliyyatı barədə səfirə məlumat verib.
Həkimlərdən D vitamini təhlükəsi barədə XƏBƏRDARLIQ
Sabah havanın dəyişkən buludlu olacağı ehtimalı var
Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə noyabrın 6-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Vətən müharibəsində bir qolunu itirən qazimiz evinə qayıtdı - VİDEO
Azərbaycan ordusunun qələbələrində əməyi olan daha bir hərbçimizin sosial şəbəkələrdə görüntüsü yayılıb.
Bərdədə erməni təcavüzü nəticəsində xəsarət alan şəxs dünyasını dəyişdi
"Qarabağın məşhur müəllimləri" - Nəcəf bəy Vəzirov Nəcəf bəy Vəzirov
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Nəcəf bəy Vəzirovdur. O, 1854-cü ildə Şuşa şəhərində anadan olub. Ədibin maarifçilik ideyalarına xidmət edən zəngin yaradıcılığı milli dramaturgiyamızın inkişafında mühüm yer tutur.
Qubadlının gəzməli-görməli yerləri haqqında video çarx hazırlanıb
Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Qubadlının gəzməli-görməli yerləri haqqında tanıtım video çarxı hazırlanıb.










.jpg)



