Sosial
Ali təhsil müəssisələri üçün məsafədən tədris imkanları
Təhsil Nazirliyi tərəfindən təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələri üçün "Microsoft Teams” və əlavə olaraq “Cisco Webex” platformasından ödənişsiz istifadə imkanları təqdim edilib. Olaylar.az bildirir ki, platformalar üzrə nazirlik tərəfindən müvafiq testlər həyata keçirilib ki, nəticədə hər iki həll onlayn dərslərin təşkili üçün təhlükəsiz, sürətli və dayanıqlı hesab olunub. Platformalardan istifadə üzrə müəllim və tələbələr üçün davamlı olaraq təlimlər təşkil olunur, təlimatlar təqdim edilir və texniki dəstək göstərilir.
Şuşa və Xankəndidə Azərbaycanın mobil şəbəkəsi fəaliyyətə başlayıb
Azərbaycanın Şuşa və Xankəndi şəhərlərində ölkəmizin mobil şəbəkəsi fəaliyyət göstərməyə başlayıb.
Füzuli rayonunun işğaldan azad olunmuş kəndində Şərq çinarları əkildi
Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də ağac əkilib. Bunu Olaylar.az-a Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.
Bakının 2 rayonuna içməli su məhdudiyyətlə veriləcək
Magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Bakının Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli su verilməsində məhdudiyyətlər olacaq.
Azərbaycan Türkiyə Cümhuriyyətinin genişmiqyaslı ağacəkmə aksiyasına qoşulub
Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyasına Azərbaycan da qoşulub. Olaylar.az bildirir ki, aksiya çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycanın bütün bölgələrində bu gün on minlərlə Eldar şamı, palıd, çinar, zeytun ağacları əkilib və meşəcinsli ağac toxumları səpilib.
“Rəqəmsal bacarıqlar” layihəsinin İdarəetmə Komitəsinin 14-cü görüşü keçirildi
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində məsələlərin müzakirəsi və qərarların qəbul edilməsi məqsədilə layihənin İdarəetmə Komitəsinin 14-cü görüşü keçirilib. Olaylar.az bildirir ki, Təhsil naziri Emin Əmrullayevin sədrliyi ilə keçirilən görüşdə beynəlxalq “Alqoritmika” şirkətinin nümayəndələri və layihə rəhbəri tərəfindən layihənin 2020-2021-ci tədris ilində əhatə dairəsinin genişləndirilməsi və inkişafı istiqamətində görülən işləri əks etdirən təqdimat nümayiş olunub.
"Dərs vaxtı"nın 12 noyabr cədvəli
Olaylar.az "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 12 noyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edir.
28 ildən sonra Şuşada yenidən azan oxundu - VİDEO
Ölkə üzrə internetə qoyulan məhdudiyyət aradan qaldırılır - VAXT AÇIQLANDI
MEK əməkdaşlarının qələbə sevinci
Azərbaycanın sentyabrın 27-dən başlayan haqq savaşı Ali Baş komandanımız İlham Əliyev və şücaətli ordumuz sayəsində qələbə ilə nəticələnərək hərb tarixinə qızıl hərflərlə yazıldı.
Baş Prokurorluq Lənkəranda 2 uşağın ölümü ilə bağlı məlumat yaydı
Baş Prokurorluq Lənkəranda 2 azyaşlının ölüm ilə nəticələnən yanğınla bağlı məlumat açıqlayıb. Baş Prokurorluğun mətbuat xidmətindən “Olaylar”a bildirilib ki, Lənkəran şəhəri Səttərxan küçəsi 8 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 2019-cu il təvəllüdlü Quts Emil Cəsarət oğlu və 2014-cü il təvəllüdlü Quts Milana Aleksandrovna həlak olub, 2018-ci il təvəllüdlü Quts Artyom Aleksandroviç xəsarət alıb.
Azercell həmvətənlərimizlə qələbə sevincini bölüşür!
2020-ci il noyabr ayının 10-u bütün Azərbaycan xalqının yaddaşında əbədi həkk olundu. Şanlı Azərbaycan ordusu Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında 30 illik Vətən həsrətinə son qoymuş oldu.
Avropadakı türklərdən azərbaycanlı uşaqlara zəfər bayramı hədiyyəsi
Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, Qarabağın erməni quldur birləşmələrindən təmizlənməsi dünyada yaşayan azərbaycanlıların, eləcə də bütün Türk dünyası sevdalılarının ürəyincə olub. Ölkəmizin apardığı Vətən müharibəsinə hər kəs səfərbər olub öz dəstəyini göstərməyə çalışdı.
"Qarabağın məşhur müəllimləri" – Xudu Məmmədov
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti tarixi siması Xudu Məmmədovdur. O,1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Olaylar.az bildirir ki, 1951-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) fərqlənmə diplomu ilə başa vurub və müəllimi Heydər Əfəndiyevin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alıb.
Sabahın hava PROQNOZU
Azərbaycanda noyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.














