Deputat Cəbrayıldan olan məcburi köçkünlərlə videoqəbul keçirib

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi üzrə deputatı Ceyhun Məmmədov Şabran rayonu Qarabağlı qəsəbəsində  yaşayan Cəbrayıldan olan məcburi köçkünlərlə videoqəbul keçirib. Onları Cəbrayıl rayonunun işğaldan azad olunması münasibətilə təbrik edib, qısa müddət ərzində öz doğma torpaqlarına dönəcəklərini, orada yenidən həyatın əvvəlki vəziyyətə qayıdacağını, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dövlətin bütün lazımi tədbirləri həyata keçirəcəyini onların nəzərinə çatdırıb. "Olaylar" xəbər verir ki, Cəbrayıl rayon İcra Hakimiyyətinin Şabran rayonundakı  Qarabağlı qəsəbəsinin Qaçqınlar və Məcburi köçkünlər üzrə nümayəndəsi Əmirəddin Mirzəyev qısa məlumat verərək Şabran rayonunda Cəbrayıl rayonundan 38 ailə, 153 nəfərin məskunlaşdığını bildirib.

Daha sonra vətəndaşların müraciətləri dinlənilib. Onlar da öz növbələrində rayonun işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb, problemləri haqqında məlumat veriblər. Qaldırılan məsələlər əsasən sosial yönümlü, şəxsi məişət xarakterli olub. Ceyhun Məmmədov hər bir müraciətin araşdırılaraq həlli üçün aidiyyəti qurumlara yönlədiriləcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31