Sosial

Qarabağ Azərbaycandır! şüarı ilə Azərbaycan beynəlxalq sərgidə təmsil olunacaq

16 Noyabr 2020 10:19

18-21 noyabr tarixlərində İstanbul şəhərində Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD) təşkilatçılığı ilə keçiriləcək “MUSİAD Expo 2020” Sərgisində Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının iqtisadi və investisiya potensialı nümayiş olunacaq.  Azərbaycan sərgidə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Qarabağ Azərbaycandır (Karabakh is Azerbaijan) stendi ilə təmsil olunacaq.

Vikipediya Şuşanın erməni adını sildi

16 Noyabr 2020 10:11

Vikipediyanın rusdilli səhifəsində Dağlıq Qarabağdakı Şuşa şəhərinin erməni adı yığışdırılıb.

Bu insanlara TƏHLÜKƏ: Noyabrın 20-22-də...

16 Noyabr 2020 10:10

2020-ci il üçün ən güclü hesab olunan maqnit dalğası günləri barədə xəbərdarlıq olunub. Bu, 20-22 noyabr tarixlərinə təsadüf edir.

“Instagram”da çoxdan gözlənilən funksiya istifadəyə veriləcək

16 Noyabr 2020 10:08

"Facebook Messenger" və "Instagram" xidmətlərinin istifadəçiləri avtomatik silinən mesajlar göndərmək imkanına malik olacaqlar. Bu haqda "Facebook"un tərtibatçıları məlumat veriblər. Olaylar.az xarici mediyaya istinadən bildirir ki, avtomatik silinən mesajlar başqa messencerlərdə reallaşdırılmış analoji funksiyanı xatırladır, lakin bir qədər fərqlənir.

Nazir İctimai Şura üzvləri ilə onlayn görüşdü

16 Noyabr 2020 10:06

Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə videokonfrans formatında görüşüb. Olaylar.az bildirir ki, görüşdə nazir 44 gün davam edən Vətən müharibəsinin şanlı zəfərlə yekunlaşması münasibətilə Şura üzvlərini təbrik edib, Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfalar diləyib. Təhsil naziri bu müharibədə qazanılan qələbənin Azərbaycan tarixinin ən parlaq səhifəsi olduğunu diqqətə çatdırıb və bildirib ki, torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirən əsas səbəb ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin son illərdə həyata keçirdiyi güclü dövlət və ordu quruculuğu siyasətidir. Bu amil son hədəfə qədər uğurla irəliləməyimizi şərtləndirirdi, Azərbaycanın üçrəngli bayrağı doğma Qarabağda, Şuşada dalğalandı. Nazir Azərbaycana bu möhtəşəm zəfəri yaşadan dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığını ifadə edib.

"Dərs vaxtı"nın 16 noyabr cədvəli

16 Noyabr 2020 10:04

Olaylar.az "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan "Dərs vaxtı" proqramının 16 noyabr tarixi üçün nəzərdə tutulan cədvəlini təqdim edir.

İşğaldan azad olunmuş ərazilərdə FHN-in növbəti yerli strukturları fəaliyyətə başladı- FOTO

16 Noyabr 2020 10:01

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturlarının təşkilini davam etdirir.