Sosial

Qubadlıda Şərq çinarları əkildi, tut bağı salındı

27 Noyabr 2020 12:14

İşğaldan azad olunmuş Qubadlı rayonunun Qaralar kəndi ərazisində, erməni işğalçıları tərəfindən məhv edilmiş yaşı 300 ildən artıq olan Şərq çinarı təbiət abidəsinin yerləşdiyi ərazinin yaxınlığında keçirilib.

Xaçmazda COVID-19 xəstəsi evini tərk edərkən Saxlanıldı

27 Noyabr 2020 12:12

 Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Böyük alimin Qarabağ dərdi

27 Noyabr 2020 11:22

Əziz bildiyim insanları nə vaxtsa unutmağım və yaxud yaddan çıxartmağım qeyri-mümkündür. Azərbaycanın düçar olduğu üzücü döyüşlər, apardığı müharibə, dünyanı cənginə alan epidemiya belə insanın qəlbində olanları, az da olsa, unutdura bilmir. Əksinə ürəyində özünə əbədi yurd salmış düşüncələrinlə bağlı müəyyən hadisə, yeniliklə bağlı xəbər eşitdikdə isə qəlbində lövbər salmış düşüncələr yenidən təzələnir və günün yeni xəbərinə çevrilir.

Peşə təhsili üzrə teledərslərin 27 noyabr cədvəli

27 Noyabr 2020 11:20

Olaylar.az Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 27 noyabr tarixi üçün cədvəlini təqdim edir. Dərslər saat 18:10-da yayımlanacaq.

"S-500"lərin hazırlanacağı vaxt açıqlandı

27 Noyabr 2020 11:03

Yeni nəsil "S-500" hava hücumundan müdafiə sistemləri 2021-ci ildə hazır olacaq.

Akademik məzuniyyətlə bağlı qaydalarda dəyişiklik edildi

27 Noyabr 2020 10:19

Təhsil Nazirliyinin Kollegiyası qismən səfərbərliklə əlaqədar hərbi xidmətə cəlb olunan tələbələrin təhsilində yarana biləcək çətinliklərin aradan qaldırılması məqsədilə akademik məzuniyyətin verilməsi qaydalarında dəyişiklik edib. “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, əsas (baza ali) tibb təhsilində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”dakı dəyişikliyə əsasən, tələbələrə verilən akademik məzuniyyət hallarının əhatə dairəsi genişlənib. Belə ki, tələbəyə akademik məzuniyyət səfərbərlik üzrə hərbi xidmətə çağırıldıqda xidmətdən tərxis edilənədək veriləcək. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə buraxılacaqlar.

"Dərs vaxtı"nın 27 noyabr cədvəli

27 Noyabr 2020 10:05

Olaylar.az "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 27-si üçün nəzərdə tutulan cədvəlini təqdim edir. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.