Sosial
Daha 501 sosial mənzil satışa çıxarılır
Cari ildə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən 501 sosial mənzilin satışa çıxarılması planlaşdırılır. Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) “Olaylar”a verilən məlumatda bildirilib ki, ümumilikdə 501 mənzilin satışı 18 dekabr 2020-ci il tarixində saat 11:00-da başlayacaq və 28 dekabr 2020-ci il tarixi saat 11:00-dək davam edəcək.
Xankəndi-Şuşa-Laçın yolu açıq elan edildi
Xankəndi-Şuşa-Laçın yolu nəqliyyat vasitələri üçün tam açıq elan edilib.
COVİD-19-a yoluxmanın çoxalması dövlətin yükünü xeyli artırır - Baş infeksionist
Azərbaycanda COVİD-19-a yoluxma sayındakı artımın davam etməsi dövlətin, xüsusən də səhiyyənin yükünü xeyli artırır.
"Qarabağın məşhur müəllimləri" – Ceyhun Hacıbəyli
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Ceyhun Hacıbəylidir. Ədəbiyyatımız, tariximiz, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan Ceyhun Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşa şəhərində anadan olub. O, 1908-ci ildə Əlibəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində qardaşı Üzeyir bəylə birlikdə müəllim kimi fəaliyyət göstərib. Onun XX əsrin ikinci onilliyindəki Bakı fəaliyyəti daha çox maarifçiliklə bağlıdır. Bakıda müəllimlərin birinci qurultayının keçirilməsində fəal iştirak edib.
"Microsoft Teams" mobil tətbiqi artıq Azərbaycan dilində
“Android” platforması üçün nəzərdə tutulmuş "Microsoft Teams"in mobil tətbiqi artıq Azərbaycan dilində mövcuddur.
"Dərs vaxtı" izləyicilərinin nəzərinə
Olaylar.az bildirir ki, teledərslərə ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi "Youtube" kanalı ilə yanaşı, "Dərs vaxtı"nın "Facebook" səhifəsindən də izləyə bilərlər.
Azərbaycanda ilk dəfə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” keçiriləcək
4-6 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan "İnnovasiyalar Mərkəzi" və "NewSpace" şirkətinin təşkilatçılığı ilə “Qlobal Müdafiə Texnologiyaları Hakatonu” beynəlxalq tədbiri keçiriləcək. Olaylar.az bildirir ki, tədbir “İDRAK Texnoloji Transfer” MMC-nin və “Paşa Bank”ın sponsorluğu ilə reallaşdırılacaq.
"Dərs vaxtı"nın 18 noyabr cədvəli
Olaylar.az "Mədəniyyət" və "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının noyabrın 18-i üçün nəzərdə tutulan cədvəlini təqdim edir. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
85 yaşlı veteran Silahlı Qüvvələrə Yardım Fonduna 50 000 manat ianə etdi
Polietilen torbaların istehsalı və satışı məsuliyyət yaradacaq
Bakıda 36 yaşlı kişi özünü başından güllələyərək öldürdü
Vətən müharibəsində qolunu itirən qazi: “Qolum kənarda tərpənirdi, ətim parça-parça olmuşdu”
Qarşımdakı iki ermənidən birini vurdum. O biri də məni vurdu. Ağzıüstə torpağa yıxıldım, ağrıdan şoka düşmüşdüm. Çevriləndə gördüm ki, qolum məndən aralıya düşüb. Əzələlər isə qeyri-ixtiyarı işləyir. Əlimin necə açılıb-yumulduğunu gördüm...
Türkiyə ilə Azərbaycan arasında “Qardaşlaşmış Xəstəxana” memorandumu imzalanıb
"Qızıl hərflərlə yazılan tarix!" respublika onlayn rəsm müsabiqəsinə start verildi
Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 16 noyabr - 11 dekabr tarixlərini əhatə edən “Qızıl hərflərlə yazılan tarix!” respublika onlayn rəsm müsabiqəsinə start verilir. Olaylar.az bildirir ki, müsabiqənin keçirilməsində əsas məqsəd uşaqlarda Vətənə sevgi və məhəbbət hissi aşılamaq, təsviri sənət üzrə istedadlı uşaq və gəncləri aşkar etməkdən ibarətdir.










.jpg)



