Sosial

Tələbələrin qəbulu dekabrın 1-dək davam edəcək

18 Noyabr 2020 12:52

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 1-dək davam etdirəcək. Olaylar.z bildirir ki, cari tədris (2020/2021-ci) ilində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş tələbələrdən, eləcə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrdən xahiş olunur ki, qeyd edilən tarixədək https://e-telebe.edu.az elektron portalına müraciətlərin edilməsini yekunlaşdırsınlar və natamam müraciətləri tamamlayaraq onları təsdiq etsinlər.

Zəngilan rayonunda Şərq çinarları əkildi

18 Noyabr 2020 12:50

İşğaldan azad olunmuş Zəngilan rayonunun ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, rayonda xidməti vəzifələrinin icrasına başlayan Daxili İşlər, Müdafiə Nazirlikləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının iştirakı ilə Şərq çinarları əkilib.

Nazir MÜJDƏNİ VERDİ: Dərs ilinin növbəti yarımilində...

18 Noyabr 2020 12:35

II Qarabağ müharibəsi ilə bağlı materialların qısa zaman ərzində məktəblərə çatdırılması planlaşdırılır. Yəqin ki, bu tədris ilinin növbəti yarımilindən bununla bağlı məzmunda müəyyən dəyişikliklər ediləcək. Publika.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib. Onun sözlərinə görə, müharibədə əldə olunan qələbədən sonra təhsilin mövzusu bir neçə istiqamətdə dəyişəcək: “Birinci istiqamət əhval-ruhiyyə ilə bağlı məsələdir. İndiyədək hər bir müəllimimizin və təhsilimizin qarşısında duran əsas məsələ o idi ki, gənc nəsli Vətənin müdafiəsinə hazırlayaq. Bu missiya uğurla yerinə yetirilib. Növbəti missiya əldə edilmiş uğurların qorunması, eyni zamanda məktəblilərimizi indiyədək üzləşdiyimiz risklərlə bir daha üzləşməməyə hazırlamaqdır”. Nazir qeyd edib ki, işğal tarixlərini yadda saxlamalıyıq. Amma bununla bərabər, torpaqlarımızın işğaldan azad edilməsi və əldə edilən uğurlar şagirdlərə çatdırılmalıdır.

Bu semestrdə 10 mindən çox tələbənin təhsil haqqı dövlət tərəfindən ödəniləcək - Nazir

18 Noyabr 2020 12:15

Artıq həssas təbəqəyə aid olan 10 mindən çox tələbənin təhsil haqqının dövlət tərəfindən ödənilməsi ilə bağlı müraciəti qeydə alınaraq təsdiqlənib.

Daha 26 fərdi ev şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilib

18 Noyabr 2020 12:13

“Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daim inkişaf edərək güclü dövlətə çevrilib və qarşısında duran vəzifələri qısa müddət ərzində uğurla yerinə yetirməyə qadir olan qüdrətli Orduya sahibdir.

Təhsil nazirindən müharibədə iştirak edən tələbələrlə bağlı Açıqlama

18 Noyabr 2020 11:34

Könüllü şəkildə və səfərbərliyə alınmaqla müharibədə iştirak edən tələbələrimiz var. Təbii ki, onların da fərqli problemləri var və bunu başa düşürük.

Azərbaycan ədliyyəsinin dünəni və bu günü

18 Noyabr 2020 11:17

Prezident İlham Əliyev cənablarının 2003-cü ildə keçirilmiş andiçmə mərasimindəki nitqində söylədiyi bu sözlər yəqin ki, oxucuların yaxşı yadındadır:

Ermənistanda COVID-19-a yoluxanların sayı 120 mini ötüb

18 Noyabr 2020 11:14

Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1 589 yoluxma halı qeydə alınıb, 28 nəfər ölüb.

Milli Məclis noyabrın 20-də toplaşacaq

18 Noyabr 2020 11:10

Milli Məclisin növbəti plenar iclasının vaxtı məlum olub. “Olaylar” xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən bildirlib ki, növbəti plenar iclas noyabrın 20-də keçiriləcək. İclasın gündəliyinə 10 məsələ daxildir:

Şuşanın adı yazılmış yeni lövhə himn sədaları altında şəhərdə yerləşdirildi - VİDEO

18 Noyabr 2020 11:08

İşğaldan azad olunmuş Şuşanın yeni görüntüləri yayılıb.