Azərbaycanda DƏHŞƏT: 38 nəfər öldü, 4170 nəfər isə...
29 Noyabr 2020 17:09 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4170 yeni yoluxma faktı qeydə alınıb, 1985 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 38 nəfər COVID-19-dan vəfat edib.
Hazırkı dövrədək Azərbaycanda 118 195 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 73 676 nəfər müalicə olunaraq sağalıb, 1 361 nəfər vəfat edib, aktiv xəstə sayı 43 158 nəfərdir.
Ötən müddət ərzində 1 718 235 test aparılıb. Bugünkü test sayı isə 17 581-dir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31