Dəfn zamanı canlı yayım açan şəxsin zəhərlənən uşaqlarının vəziyyəti açıqlanıb

Sumqayıtda dəm qazından zəhərlənən uşaqların hazırki vəziyyəti açıqlanıb.

TƏBİB-dən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir. Dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilən 2 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir.

"Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında müalicəsi davam etdirilən və meninqoensofalit diaqnozu təyin edilən 1 nəfərin (qadın cinsli) vəziyyəti isə ağır stabil qiymətləndirilir".

İki uşaq isə artıq xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, aprelin 1-də Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 70 ünvanında yaşayan ailənin altı üzvü dəm qazından zəhərlənib. Dəm qazından zəhərlənən altı uşaqdan biri aprelin 4-də xəstəxanada ölüb.

Zəhərlənən uşaqların atası ölən uşağın dəfni zamanı "TikTok"da canlı yayım açıb, cənazə ilə canlı yayımı sosial şəbəkələrdə yaydığı üçün dövlət qurumları tərəfindən nəzarətə götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31