Yunus Oğuz Turan Balabilgə Akademiyasının fəxri üzvü seçilib – ÖZƏL
14:13 SosialOlaylar.az xəbər verir ki, tanınmış yazıçı-publisist və tədqiqatçı Yunus Oğuz Türk Dünyası adına apardığı araşdırmalar və xidmətlərinə görə Turan Balabilgə Akademiyasının fəxri üzvü seçilib.
Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən Turan Universitetində təsis edilən Turan Akademiyasının ilk toplantısında Bakıda Hədəf Liseyinin bazasında Turan Balabilgə Akademiyasının yaradılması qərara alınıb.
Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, fil.ü.f.d., dosent Şəmil Sadıqovun verdiyi məlumata görə yeni Akademiyanın məqsədi ortaq Türk mədəniyyəti, tarixi, dili və elmi ənənələrinin araşdırılması və təbliği, türkdilli ölkələr və icmalar arasında elmi-mədəni əməkdaşlığın gücləndirilməsi, məktəblilər arasında əlaqələrin genişləndirilməsi və innovativ təhsil təşəbbüslərinin inkişafına töhfə verməkdir.
Turan Balabilgə Akademiyasının təsis yığıncağı 2025-ci il 5 dekabr tarixində Bakıda keçiriləcək.