Ceyhun Musaoğlu: “Yunus Oğuz yazdıqlarını kapitala görə deyil, ədəbiyyata görə yazır”- ÖZƏL
12:41 SosialAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin (keçmiş "Azərsu" ASC) mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu (Musayev) yazıçı Yunus Oğuzun fəaliyyətini yüksək qiymətləndirib. Olaylar.az xəbər verir ki, Ceyhun Musaoğlu bildirib ki, yaxşı jurnalist ilk növbədə "pozmağı" bacaran, nəyi yazmamağı dəqiq müəyyən edən peşəkardır. Onun sözlərinə görə, yazıçı isə yaratdığı cümlələrlə oxucunu öz tərəfinə çəkməyi bacarmalıdır. "Yazıçılıq həm pul qazanmaq, kapital toplamaq, həm də ədəbiyyata xidmət etməkdir. Elə yazıçılar var ki, sırf ədəbiyyata görə yazır. Yunus bəy də onlardan biridir. Yazdığı kitablarla milyonlarla gəlir əldə etmək olar, amma o, bunu ədəbiyyata, amala xidmət üçün edir", - deyə Musaoğlu qeyd edib.
O, Yunus Oğuzun xarakterinin və yaradıcılığa yanaşmasının onu digərlərindən fərqləndirdiyini vurğulayıb:
"Yazıçılar həm də qeyri-adi insanlardır. İnsan xarakterinə uyğun yaşayır. Mən öz vətənimə minnətdaram ki, sizi yetişdirib."
