TÜRKSOY Yunus Oğuzu mükafatlandırdı
08:27 SosialYazıçı-publisist, tarixi romanlar və elmi kitablar müəllifi Yunus Oğuz TÜRKSOY tərəfindən Onur nişanı ilə təltif olunub. Bu mükafat ona türk dünyasının kültür və sənətinə verdiyi qatqılara görə verilir.Bu münasibətlə noyabrın 5-də saat 11-də Atatürk mərkəzində Onur nişanının təqdimetmə mərasimi keçiriləcək.
Xatırladaq ki, Yunus Oğuz onlarla tarixi romana müəllif imzası atıb. Onların əksəriyyəti dəfələrlə təkrar nəşr olunub və xarici ölkələrdə tərcümə edilərək çap olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31