Yəhya  Babanlı  Yunus Oğuzu  təbrik etdi

 

Tarix üzrə fəlsəfə doktoru, diaspor məsələləri üzrə ekspert Yəhya  Babanlı  yazıçı-publisist  Yunus Oğuzu  65  illik  yubileyi  münasibətilə  təbrik  edib.  Təbrikdə  deyilir:

Hörmətli Yunus (Oğuz) müəllim, 
Məmnuniyyətlə, sizi həyatınızın əlamətdar tarixi - doğum gününüz - 65 illik yubileyiniz münasibətilə təbrik edir, sizə möhkəm can sağlığı, səadət və gələcək işlərinizdə davamlı uğurlar arzu edirik.
Siz zəngin və səmərəli həyat fəaliyyətinizlə milli mətbuatımızın, dövlətçiliyimizin inkişafına xidmət etməklə, müstəqil dövlətçiliyimizin qüdrətlənməsinə - cəmiyyətin sağlam informasiya ilə təmin olunmasına xidmət etmiş, Vətənpərvərlik mövzuları, Azərbaycan Ordu quruculuğu prosesi daim diqqətdə saxlanılmış, müdafiə siyasəti ilə bağlı açıq informasiyalar işıqlandırılmış, 44 günlük Vətən müharibəsi zamanı həqiqət və reallıqlar fonunda media nümayəndələri arasında ön sırada dayanmışınız.
Sizin eyni zamanda yaradıcılığınızda milli ruhda və qəhrəmanlıq əzmində tarixi romanlarınız vardır ki, hərbi vətənpərvərlik baxımından bu da mühüm əhəmiyyət kəsb edir. Təkrarolunmaz yaradıcılığınızla yeni cərəyan yaratmağa nail olmuşunuz. Sağlam nəslin yetişməsinə əvəzsiz töhfə verirsiniz.
Fürsətdən istifadə edərək, sizə və əməkdaşlarınıza Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə təbriklərimizi çatdırır, sizdən milliyönlü dürüstlük, obyektivlik və operativlik naminə işlərinizdə yeni-yeni nailiyyətlər gözləyirik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31