"Yunus Oğuz xalqımızın tarixi yaddaşını yaşadan yazıçıdır" - Nizami Cəfərov
11:10 Sosial"Hörmətli Yunus bəy, sizi - müasir Azərbaycan ədəbiyyatının və jurnalistikasının tanınmış simasını, sözün əsl mənasında doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm".
Bu sözləri millət vəkili Nizami Cəfərov Yunus Oğuza təbrikində deyib:
"Sizin həm yazıçı, həm də ictimai xadim kimi fəaliyyətiniz uzun illərdir ki, cəmiyyətimizə sanballı töhfələr verir. Yaradıcılığınızda milli tariximizin dərin qatlarına enərək oxucuya həm estetik zövq, həm də tarixi təfəkkür bəxş edirsiniz. Sizin romanlarınız sadəcə ədəbi hadisə deyil, həm də xalqımızın keçmişinə və kimliyinə dair bənzərsiz təhlillər toplusudur. Eyni zamanda, mətbuat sahəsindəki yorulmaz fəaliyyətiniz, ictimai-siyasi proseslərə çevik münasibətiniz və prinsipial mövqeyiniz nümunəvi xarakter daşıyır.
Azərbaycan ziyalısı olmaq məsuliyyəti böyük missiyadır. Sizin bu missiyanı yüksək səviyyədə və böyük ləyaqətlə yerinə yetirdiyinizi demək şərəfdir.
Sizə möhkəm can sağlığı, bitib-tükənməyən yaradıcılıq enerjisi və yeni-yeni uğurlar arzulayıram!".