Əməkdar artistə nə olub? - AÇIQLAMA
23 Avqust 2024 13:10 SosialƏməkdar artist Kübra Əliyeva səhhəti ilə bağlı açıqlama verib.
Olaylar.az bildirir ki, aktrisa Qaynarinfo-ya bildirib ki, bir müddət əvvəl yol gedərkən yıxılıb və xəsarət alıb:
"Yıxıldım, qolum altımda qaldı. O gündən qolumda belə qaralma yaranıb. Həkimə getdim, müayinə edildi, amma keçmədi. İndi də qolum masaj olunur. Sabah da yenidən həkimə getməliyəm. Qollarım ağrayır, hərəkət etdirə bilmirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31