Sabah bu rayonlarda qaz olmayacaq
22 Avqust 2024 21:18 Sosial23.08.2024-cü il tarixdə saat 08:00-dan "Qaradağ-Sumqayıt" magistral qaz kəmərində görüləcək təmir-quraşdırma işləri, saat 10:00-dan etibarən isə Suraxanı rayonunun Hövsan qəsəbəsi, Məktəbli küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə qaz təchizatının dayandırılması planlaşdırılır.
"AZƏRİQAZ" İB-dən verilən məlumata görə təmir işləri görülən müddətdə Abşeron rayonu üzrə Çaylı-Qobustan yaşayış massivinin, Ceyranbatan və Saray qəsəbələrinin, Qaradağ rayonu üzrə Müşviqabad qəsəbəsinin, Binəqədi rayonu üzrə 28 May qəsəbəsinin, Suraxanı rayonu üzrə isə Hövsan kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31