Sumqayıt bulvarında dənizdən meyit tapıldı

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində dənizdə suyun üzərində bir nəfər kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Olaylar.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31