Azərbaycanda meymunçiçəyinin diaqnostikası və müalicəsi üçün bütün imkanlar var - RƏSMİ
20 Avqust 2024 15:01 SosialDigər ölkələrdən gətirilmə meymunçiçəyinə şübhəli hallar qeyd edilərsə, xəstəliyin diaqnostikası və müalicəsi üçün bütün imkanlar mövcuddur.
Olaylar.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Xatırladaq ki, bir neçə gün öncə Ümumdünya Səhiyyə Təşkilatı yaranmış vəziyyətlə əlaqədar Afrikada "meymunçiçəyi" (mpox) epidemiyasını bütün dünya üçün təhlükə olan fövqəladə hal elan edib.
ÜST, həmçinin meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31