Bakıda mərkəzi küçələrdən birində hərəkət məhdudlaşdırılacaq
12 Avqust 2024 15:11 SosialAvqustun 13-də saat 08:00-dan etibarən Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində (K.Səfərəliyeva küçəsindən Puşkin küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Olaylar-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Qeyd edək ki, növbəti mərhələdə təmir işləri Puşkin küçəsindən R.Behbudov küçəsinədək olan hissə üzrə aparılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31