İyul ayı ərzində 23 mindən çox pensiya, müavinət təyinatı proaktiv qaydada APARILDI

2024-cü ilin iyul ayı ərzində 23 038 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.

Bu barədə Olaylar-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, onlardan 2 711-i pensiya, 20 327-si isə müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31