Nazirdən yüksək vəzifəyə TƏYİNAT

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinə yeni müavin təyin edilib.

Olaylar.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə nazir Sahil Babayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Əli Fərhad oğlu Mövsümov təyin olunub.

Qeyd edək ki, 1979-cu ildə Bakı şəhərində anadan Əli Mövsümov 2018-ci ildən 2024-ci ilin may ayınadək Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədri Himalay Məmişovun müşaviri vəzifəsində çalışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31