Naxçıvan Daxili İşlər Nazirliyinə yeni avtobuslar verilib.
Olaylar.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası daxili işlər orqanlarının maddi texniki bazasının gücləndirilməsi məqsədilə əvəzsiz olaraq 10 ədəd "Hyundai County" markalı avtobuslar ictimai təhlükəsizliyin daha da etibarlı qorunması üçün şəxsi heyətin xidməti istifadəsinə verilib.


