Hansı halda pensiyanın yenidən hesablanması aparıla bilər?- ÖZƏL
5 İyun 2024 14:28 SosialRedaksiyamıza müraciət edən vətəndaş bildirib ki, ona yaşa görə əmək pensiyası təyin edilib. Buna baxmayaraq vətəndaş əmək fəaliyyətini davam etdirir. Bilmək istəyir ki, hansı müddətdən sonra pensiyasının yenidən hesablanması ilə bağlı müraciət edə bilərlər? Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir: "Pensiyaçı əmək pensiyası təyin olunduğu gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır".
Alim. Olaylar.az