İtkin düşən Qəbələ sakini Bakıda tapıldı

Mayın 14-də itkin düşən Qəbələ sakini tapılıb.

Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Daşca kənd sakini, 30 yaşlı Hümbətov Elmin Firidun oğlu polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Elmin Hümbətov yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31