Tətbiqləri yükləyərkən kibertəhlükəsizliyiniz üçün bunları nəzərə alın – XƏBƏRDARLIQ
3 İyun 2024 16:41 SosialKibertəhlükəsizliyiniz üçün tətbiqləri rəsmi mənbələrdən yüklədiyinizə diqqət yetirin, tətbiqlərin tələb etdiyi icazələri yaxşıca gözdən keçirin.
Olaylar xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Tətbiqləri yükləyərkən kibertəhlükəsizliyiniz üçün bu addımlara diqqət yetirin.
1) Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin;
2) Tətbiqin tələb etdiyi icazələri nəzərədən keçirin və yalnız lazımi icazələri verin;
3) Tətbiqlə bağlı rəylərə və tərtibatçının reytinq göstəricisinə diqqət yetirin;
4) Telefonunuzdakı tətbiqləri mütəmadi olaraq yeniləyin.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31