XIII Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi keçirilib- ÖZƏL

Ali Məhkəmədə ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) tam dəstəyi ilə təşkil olunan XIII Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi keçirilib. Bu barədə "Olaylar"a millət əkili Kamal Cəfərov məlumat verib. Bildirib ki, final mərhələsində iddiaçı qismində "Fair Ladies", cavabdeh qismində isə "Topatanlar" komandası çıxış edib: "Onların çıxışları Ali Məhkəmənin hakimləri - Əhməd Əhmədov, İspəndiyar Şəfiyev, Vüqar Həsənov tərəfindən qiymətləndirilib. Nəticədə "Topatanlar" komandasının üzvləri Tural Həsənov və Siyavuş Bağırov qalib elan olunub, "Fair Ladies" komandasının üzvləri Gülidə Vəliyeva və Xədicə Məmmədova isə II yerə layiq görülüb.Sonda qaliblərə 500 AZN dəyərində mükafat, sertifikat, kubok təqdim edilib. İkinci yerin qaliblərinə isə 250 AZN dəyərində mükafat və sertifikat təqdim olunub.Həmçinin müsabiqədə "Ən yaxşı natiq" nominasiyasına görə "Topatanlar" komandasının üzvü Siyavuş Bağırov layiq görülüb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31