Uşaqların etibarlı sosial təminatı Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir- ÖZƏL

"Hər bir uşağın fiziki və mənəvi inkişafı, gələcəkdə layiqli vətəndaş kimi formalaşması, eyni zamanda, uşaqların etibarlı sosial təminat sistemi ilə əhatə olunması Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Sədaqət Vəliyeva deyib: "Azərbaycan Xalqının Ulu Öndəri Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Cənab Prezident İlham Əliyev də uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da bu sahədəki fəaliyyəti xüsusi qeyd olunmalıdır. 
Bu gün ölkəmizdə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar, şəhid ailələrinin və müharibə əlillərinin, beşdən çox uşağı olan qadınların, müddətli həqiqi hərbi xidmət qulluqçularının, Çernobıl AES-dəki qəza ilə əlaqədar I və II dərəcə əlilliyi olan, yaxud vəfat etmiş valideynlərin uşaqları aylıq sosial müavinətlə təmin edilir. Valideyn himayəsindən məhrum olmuş uşaqlara, ünvanlı dövlət sosial yardımı alan ailələrin 1 yaşadək körpələrinə aylıq sosial müavinət, yeni doğulan uşaqlara görə birdəfəlik müavinət verilir, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan övladları isə ildə bir dəfə olmaqla birdəfəlik müavinətlə təmin edilir. Sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası da diqqət mərkəzində saxlanılır. Dövlətimizin başçısının tapşırığı ilə Uşaq Bərpa Mərkəzi müasir tələblərə uyğun qurulub, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi nəticəsində Bakıda Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılıb. Ölkəmizin regionlarında uşaq bərpa müəssisələri şəbəkəsinin qurulmasına başlanıb. Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yetkinlik yaşına çatmayan uşaqların yenidən normal həyata dönüşü üçün səmərəli sosial reabilitasiya xidmətləri göstərilir: "Qoy, körpələrimiz, uşaqlarımız həmişə sülh və əmin-amanlıqda, aydın səma altında böyüsünlər!".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31