“Dünyanı yaşıla boya” adlı rəsm müsabiqəsi keçirilib

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Veysəloğlu Şirkətlər Qrupu tərəfindən təşkil edilən "Dünyanı yaşıla boya" adlı rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı Jalə Əhmədova iştirak edib. Millət vəkili bildirib ki, tədbir Xətai Sənət Mərkəzində baş tutub:  "Təbiəti birlikdə qoruyaq" mövzusunu əhatə edən   tədbirdə uşaqların şəxsi təxəyyülünün ifadəsi olan bir-birindən maraqlı  rəsm nümunələri ilə tanış oldum, eləcə də  balaca rəssamları təbrik edərək onlara  firavan həyat və xoşbəxt gələcək arzuladım. Tədbirin sonunda müsabiqənin qalib və iştirakçılarına  Veysəloğlu Şirkətlər Qrupu  tərəfindən  dəyərli hədiyyələr, həvəsləndirici mükafat və sertifikatlar təqdim olundu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31