Ambulans yollardakı tıxaclardan hərəkət edə bilmir-Deputat

"Ambulans çatışmazlığı və tibbi yardımın gecikməsi/uzadılması probleminə diqqət çəkmək yerinə düşər". Olaylar xəbər verir ki, bunu millət vəkili Zagid Oruc parlamentin iclasında deyib:  "Bakıda 139 ambulans fəaliyyət göstərir. Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə 1 ambulans düşür. Onlar da yollardakı tıxaclardan hərəkət edə bilmir. Bakıda qeyri-rəsmi olaraq, yaşayanları da əlavə etsək, vəziyyəti təsəvvürə getərimək çətin deyil. Xatırladaq ki, əhalisi 1.2 milyin nəfər olan Tbilisidə təcili yardım maşınlarının sayı 200-yə yaxındır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31