Küləkli hava nə vaxtadək davam edəcək?
27 May 2024 12:25 SosialMayın 27-də gözlənilən küləkli hava şəraiti haqqında Bakı və Abşeron yarımadası üçün orta riskli sarı xəbərdarlıq verilib.
Milli Hidrometeorologiya Xidmətindən Olaylar.az-a verilən xəbərə görə, saat 12:00-a olan məlumata əsasən. öncədən verilən sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti arabir 19 m/s-yə çatıb.
Müşahidə olunan küləkli hava şəraiti gün ərzində davam edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31