Azərbaycan təhsilində yeni ixtisaslar açılacaq - Nazir AÇIQLADI
27 May 2024 10:31 SosialNövbəti illərdə biz yeniliklər görəcəyik.
Olaylar xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Yaşıl artım gündəliyində təhsil" mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, növbəti illərdən təhsil sistemində innovativ yeniliklər tətbiq olunacaq.
"Təhsil ictimaiyyəti olaraq yenilənməyə hər zaman açıq olmalıyıq. Təhsilin kökündə dayanan fundamental elmlərdir, məhz inkişafa aparan bu elmlərdir. Dövrün reallıqlarına uyğun olaraq yeni ixtisasların açılmasını da görəcəyik", - deyə nazir əlavə edib. (Trend)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31