Yay aylarında bu həşəratdan özünüzü qoruyun - ölümcül virus daşıyırlar
25 May 2024 20:44 Sosialİnsan sağlamlığı üçün böyük risk daşıyan gənələrin yaratdığı təhlükə düşünüldüyündən qat-qat artıqdır.
Olaylar.az yenisabah.az-a istinadən xəbər verir ki, mütəxəssislər həmin həşəratın 200-dən çox xəstəliyin daşıyıcısı və yoluxucu olduğunu bildirirlər.
Bu barədə insanlara çağırış edən ekspertlər insanların həmin mövzuda daha şüurlu davranmasının lazım olduğunu qeyd edirlər.
Çünki yay fəslində bu həşərat növü daha da artır. Bu səbəbdən diqqətli olmaqda fayda var.
Həkimlər bu həşəratların daşıdığı virusun təhlükəli və ölümcül olduğunu da bildirirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31