Şahin Həsənov yüksək mükafata layiq görülüb
24 May 2024 21:41 SosialQırğızıstan dövlətinin Nəqliyyat və Komunikasiya Nazirliyi tərəfindən həmyerlimiz, "Azvirt" MMC-nin Qırğızıstan filialının direktor müavini Şahin Hümmət oğlu Həsənov yüksək mükafata layiq görülüb. Şahin Həsənov "Bişkek-Oş avtomobil yolunun yenidənqurulması", "Mədəniyyət qəsəbəsindən Cəlal-Abad şəhərinədək olan hissə" (67 km) layihəsinin icrasının yüksək səviyyədə, keyfiyyətlə yerinə yetirilməsinə görə dövlət medalı ilə mükafatlandırılıb. Qeyd edək ki, "Bişkek-Oş" avtomobil yolu Qədim İpək yolunun üzərində yerləşir. Sözügedən avtomobil yolu böyük tranzit imkanlarına malik olmaqla beynəlxalq yol kimi mühüm əhəmiyyət kəsb edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31