“Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ağacəkmə aksiyaları keçirilir- ÖZƏL
23 May 2024 14:13 Sosial"Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi böyük tarixi əhəmiyyətə malikdir". "Olaylar" xəbər verir ki, bunu YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib: "Bununla bağlı YAP Suraxanı rayon təşkilatı tərəfindən müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilməkdədir. Tədbirlər planına uyğun olaraq il ərzində ağacəkmə aksiyaları, nəzəri-praktik seminarlar, çimərliklərdə təmizlik aksiyaları təşkil olunur".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31